Yenicag.az xəbər verir ki, “Əl Hilal” rəqibini 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
Qarşılaşmada hesabı 61-ci dəqiqədə “Əl Hilal”ın Səudiyyə Ərəbistanının yarımmüdafiəçisi Salem Əl-Dəvsəri açıb. 72-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü braziliyalı hücumçu Malkom dubl edib.
86-cı dəqiqədə “Əl Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo topu oyuna daxil etməmişdən əvvəl rəqibini dirsəyi ilə vurduğu üçün qırmızı vərəqə alıb.
Seneqallı yarımmüdafiəçi Sadio Mane əlavə edilmiş 9-cu dəqiqədə fərqi azaldıb.
Finalda “Əl Hilal”ın rəqibi “Əl Vəhda”nı 2:1 hesabı ilə məğlub edən “Əl İttihad” olacaq.
www.yenicag.az