Ronaldodan Nepala yardım

imagesYenicag.az xəbər verir ki, Real Madridin dünyaca məşhur ulduzu Cristiano Ronaldo, Nepalda baş verən və 7 min 500 nəfərin həyatını itirdiyi 7.8 bal gücündə zəlzələyə biganə qalmadı.

“Facebook” səhifəsindən Nepalda yaşananlara diqqət çəkən Ronaldo, “Save The Children” (Uşaqları xilas edin) Vəqfinə 7 milyon avro bağışlayıb.

HƏR KƏSİ köməyə ÇAĞIRDI

Uşaqların xilası üçün hər kəsin səfərbər olmasını deyən portuqaliyalı ulduz, hər zaman etdiyi yardımlarla gündəmdədir.

DAHA ƏVVƏL yardım əlini Qəzzadakı UŞAQLARa uzadan Ronaldo, onlara 1,5 milyon avro bağışlayıb.

Beyin xəstəliyinə tutulan xəstə bir uşaq üçün isə 83 min dollar verib.