!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rotterdamda 28 May – Müstəqillik Günü və M.Ə.Rəsulzadənin 140 illiyi münasibətilə tədbir keçirilib - FOTO

!Reklam – Yazi

Niderlandın Rotterdam şəhərində “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 28 May – Müstəqillik Günü və Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Azərbaycan və Türk diasporunun fəalları, AzSAB Azərbaycanlı tələbələr, Benelüks məzunlarının üzvləri və Niderlandda yaşayan həmyerlilərimizin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva 28 May – Müstəqillik Gününün vətəndən uzaqda qürurla qeyd edildiyini deyib. BAK sədri Elsevər Məmmədov, Amsterdam Yunus Emre İnstitutu başqanı Adil Akaltun, AzSAB təşkilatının sədri Vüsalə Əzizli və Araz Ataxan çıxış edərək 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın kəşməkəşli illər yaşadığından, dövlətçiliyi qoruyub saxlamaq üçün apardığı mübarizədən, Prezident İlham Əliyevin müdrik siyasətindən danışıblar.

M.Ə.Rəsulzadənin nəvəsi rəssam Rəis Rəsulzadə tədbir iştirakçılarına video müraciətlə təşəkkür edib.

Tədbirin konfrans hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin və M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu həmin dövrlə bağlı maraqlı tarixi məlumat və faktlarla qonaqlara geniş məlumat verib. 

Nəsiman Yaqublu 106 il əvvəl Azərbaycanın müstəqillik uğrunda keçdiyi çətin yoldan, mayın 28-də müsəlman dünyasında ilk parlamentli demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, ömrü 23 ay sürən bir respublikanın çox qısa müddət ərzində dövlət, kimlik və demokratiya uğrunda gördüyü işlərdən və bu yolda Azərbaycan Xalq Cümhuriyyətinin vətənə bəxş etdiyi tarixi şəxsiyyətlərdən danışıb.

Tədbirin konfrans hissəsi tədbir iştirakçıları ilə birlikdə 28 May – Müstəqillik Gününə həsr olunmuş maraqlı interaktiv oyun ilə yekunlaşıb. Oyunun qalibinə Nəsiman Yaqublunun Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi kitab hədiyyə verilib.

28 May – Müstəqillik Gününə həsr edilmiş bayram tədbiri Əməkdar artist Firuz Səxavətin ifasında Azərbaycanın gözəl mahnılarından ibarət konsert proqramı ilə başa çatıb.

COP29

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv