Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Yenicag.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə B.Əsgərov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, B.Əsgərov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.
O, məhkəmədə özünü təqsirli bilmədiyini və narkotik maddənin ona aid olmadığını deyib.
Xatırladaq ki, B.Əsgərovun kriminal aləmə yaxın adam olduğu, onun 2016-cı ildə İstanbulda qətlə yetirilən Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) tərəfdarı kimi tanındığı bildirilir.
Bundan başqa, B.Əsgərovun qardaşlarının da kriminal aləmin üzvü olduğu bildirilir. (Report)
www.yenicag.az