Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf əmr imzalayıb.
Əmrə əsasən, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.
Onun əvəzinə “Umid Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Əli Qurban oğlu Qurbanov “Azneft” İB-yə yeni baş direktor təyin edilib.
2011-ci ildən başlayaraq SOCAR-ın baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.
www.yenicag.az