!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

RTÜK-dən Azərbaycan prezidentinə iftira atanlara ağır cəza

!Reklam – Yazi

Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) “Show Radyo” barədə sərt qərar çıxarıb.

Yenicag.az xəbər verir ki, sözügedən radionun “Matrax” adlı proqramında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva barədə xoşagəlməz ifadələrə və iftiralara yer verildiyi bildirilir. Bu, Zeki Kayahan Coşkunun aparıcısı olduğu proqramın 16 yanvar tarixli buraxılışında qeydə alınıb.

RTÜK buna görə sözügedən proqramın yayımının 5 dəfə durdurulması barədə qərar qəbul edib. Bundan əlavə, sözügedən radio yüksək məbləğdə cərimələnib. Radio bir il ərzində oxşar “səhv”ə yol verəcəyi halda, yayımı 10 gün dayandırılacaq. Yenə təkrar olunarsa, ümumiyyətlə, lisenziyası əlindən alınacaq.

Türkiyə mətbuatı bu cəzanı radiolara tətbiq olunan ən ağır cəza kimi qələmə verib.

COP29

www.yenicag.az

1991
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv