Rubio Trampın Yaxın Şərqə səfər etmə ehtimalı olduğunu bildirib
ABŞ Dövlət katibi Marko Rubio bu gün açıqlama verərək bildirib ki, Qəzza münaqişəsi ilə bağlı razılaşma əldə olunarsa, prezident Donald Trampın Yaxın Şərqə səfəri “ehtimal olunur”.
Yenicag.az CNN-ə istinadən xəbər verir ki, Rubio bu cür danışıqların daha əvvəl də uğursuzluğa düçar olduğunu xatırladaraq ehtiyatlı olmağa çağırıb.
“Prezident bu qərarı özü verməlidir, amma düşünürəm ki, vaxt uyğun olarsa, səfərlə maraqlanacaq. Bu gün irəliləyiş var, proses müsbət istiqamətdə gedir, amma hələ görüləsi işlər qalır”, – deyə Rubio açıqlamasında vurğulayıb.
“Keçmişdə də bu mərhələyə gəlib məyus olmuşuq. Amma bilirəm ki, bu prosesə ciddi əmək sərf olunur və hadisələr saatbasaat dəyişir”, – deyə o əlavə edib.
CNN-ə danışan Ağ Ev rəsmisi isə hazırda Trampın Misirə səfəri ilə bağlı konkret planın olmadığını bildirib. Lakin rəsminin sözlərinə görə, “hər şey mümkündür”.