”Rus hərbçiləri getdikcə döyüş ruhunu itirirlər”
“Ukraynaya hərbi təcüvüz etmək üçün Vladimir Putin yaranmış ən uyğun anı əldən verib”.
Bu fikirlərlə Ukrayna hadisələrini ardıcıl şərh edən hərbi ekspert Dmitri Timçuk çıxış edib.
Onun sözlərinə görə, Putinin hansı həddə qədər getməsi məlum olmasa da, bir məqam dəqiq aydındır ki, Kremlin Ukrayna ilə bağlı dəqiq planı yoxdur. Putinin ordusu 17-21 mart tarixində hücuma keçsəydi, istəyinə nail olardı.
Timçuk əlavə edib ki, vaxt Uraynanın xeyrinə işləyir:
”Sərhəddə cəmləşən rus hərbçiləri getdikcə döyüş ruhunu itirirlər. Ölkənin şərqindəki separatçılıq dalğasının qarşısı isə, pis-yaxşı alınır.
Timçuk hesab edir ki, Krım hadisələri ilə müqayisədə hazırda vəziyyət Ukrayna üçün müsbət məcrada inkişaf edir. Qərbin və Amerikanın tətbiq etdiyi sanksiyalar bəhrəsini verməkdədir. Amma bununla belə, ölkənin şərq vilyətlərində Kreml texnoloqları tərəfindən hərəkətə gətirilən separatçı meyl təhlüksəsi hələ də qalmaqdadır.
Hərbi ekspert diqqətə çatdırıb ki, Kremldən belə təlimat gəlib ki, yerlərdə separatçlar ciddi nəticələr əldə etdikdən sonra rus qoşunları hücuma keçsinlər:
”Bizə məlumat daxil olub ki, FSB və QRU-nun yerlərdə separatçılarla daha artıq işləməsi haqda göstəriş verilib. Onların əsas vəzifəsi yerlərdə, küçələrdə, vilyət administrasiyası binası önündə kütləvi iğtişaşlar yaratmaqdan ibarətdir. Əsas hədəf də elə separatçı meyllərin qarşısının alınması olmalıdır”(axar.az).