!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus ordusunun Suriyadan çıxarılmasının PƏRDƏARXASI

!Reklam – Yazi

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Suriyanın Lazkiye şəhərində yerləşən ruslara məxsus Hmeymim aviabazasını ziyarət edib. Burada Putini Bəşər Əsəd qarşılayıb. Sözügedən bölgəyə səfəri fonunda Putin rus qüvvələrinin geri çəkilməsi əmrini verib.

Qeyd edək ki, Rusiya qoşunları Suriyaya 2015-ci ilin sentyabrında daxil olub. Artıq onlar əsas məqsədlərinə demək olar ki, nail olublar. Belə ki, İŞİD məhv olmaq ərəfəsindədir.

Məsələni Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, Putin Rusiyanın ağır iqtisadi vəziyyəti ilə əlaqədar olaraq Suriyadan qoşunları çıxartmalı olub:

Qabil Hüseynli

“Zənnimcə, Suriyada vəziyyət heç də Moskvanın təsvir etdiyi kimi deyil. ABŞ-ın rəhbərlik etdiyi koalisiya hərbi cəhətdən bölgədə mövqeyini getdikcə gücləndirir. Nəticə etibarı ilə bölgədə yeni gərginlik ocaqları yarana bilər. Üstəlik, Suriya müxalifətinin bir sıra tələbləri də Bəşər Əsəd tərəfindən yerinə yetirilmir. Rusiyanın özündə isə maddi vəziyyət kifayət qədər ağırdır. Suriyaya hər təyyarə uçuşu Rusiyaya milyonlarla dollar hesabına başa gəlir. Buna da Rusiya büdcəsi dözmür. Ona görə də artıq ordularını geri çəkməyi qərara alıblar. Düzdür, Suriya ərazisində ruslara məxsus bazalar olacaq. Onların hərbi-dəniz bazaları var idi, indi hərbi hava qüvvələri bazası da olacaq. Yəni Rusiyanın Suriyada iştirakı qalacaq. Amma bütövlükdə qoşunların çox hissəsi çıxarılacaq. Rusiya büdcəsi hazırda kəsrlə işləyir. Ona görə hərbi xərcləri də azaltmalı olurlar. Bütövlükdə Rusiyada iqtisadi vəziyyət getdikcə kəskinləşir. Bütün bunlar Putini rus qoşunlarını Suriyadan çıxartmağa məcbur edir”.

ELÇİN

COP29

www.yenicag.az

1753
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv