Rusiya Avropaya qarşı hibrid hücumları gücləndirir – Hollandiya da siyahıda VAR

media-hightechnic-468x90

 

Rusiya Niderland və onun Avropadakı müttəfiqlərinə qarşı hibrid hücumlarını intensivləşdirir. Artıq rusiyalı hakerlər Niderland dövlət xidmətini hədəfə alıblar.

Yenicag.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Niderlandın hərbi kəşfiyyat xidməti – MIVD-nin direktoru Piter Risink aprelin 22-də illik hesabat zamanı açıqlama verib.

Onun sözlərinə görə, Rusiyadan qaynaqlanan təhdidlər Avropada artmaqdadır və bu, Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra da davam edə bilər:

“Müharibə ilə sülh arasında olan “boz zona”dakı münaqişələr artıq reallığa çevrilib. Dövlətlər cəmiyyətimizi zəiflətmək üçün hibrid hücumlara əl atır. Rusiya isə getdikcə daha çox risk etməyə hazır olduğunu göstərir”.

Niderland Daxili İşlər Nazirliyi isə ilk dəfə ötən il rus hakerlərin dövlət xidmətinin rəqəmsal əməliyyat sisteminə hücum etdiyini açıqlayıb. Nazirlik, eyni zamanda, Rusiyanın Niderlandın kritik infrastrukturuna qarşı sabotaj məqsədilə kiberəməliyyat həyata keçirdiyini də bildirib.

Qeyd olunub ki, bu cür hücumlar klassik casusluq fəaliyyəti ilə yanaşı, kiberhücumlar və cəmiyyətə təsir məqsədi daşıyan digər təxribatları özündə birləşdirir.

Xatırladaq ki, Niderland xüsusi xidmət orqanları daha əvvəl də Rusiya kəşfiyyatının Şimal dənizindəki infrastrukturun xəritəsini çıxardığını, internet kabelləri, su və enerji təchizatı sistemlərinə qarşı mümkün sabotaj planları qurduğunu açıqlayıb. Məlumata görə, cari ilin əvvəlindən indiyədək Rusiya tərəfindən 30-dan çox sabotaj, vandalizm və xarici müdaxilə cəhdi qeydə alınıb.

Bunun fonunda Niderland hökuməti ölkəyə gələn minlərlə xarici alimin araşdırılmasını gündəmə gətirib. Rəsmi Amsterdam onların arasında casusluq fəaliyyəti ilə məşğul olan şəxslərin ola biləcəyindən narahatdır.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600