Rusiya büdcəsinə neftdən əlavə gəlir gəlsə də... – Hasilat niyə kəskin azalıb?

media-hightechnic-468x90

Hörmüz boğazında yaşanan qeyri-müəyyənlik fonunda dünya bazarında neft qiymətləri yüksəlməkdə davam edir. Bu artım Rusiya büdcəsinə satdığı neftdən daha çox vəsait daxil olmasına şərait yaradıb.

media-banner_tkm

REAL Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, Rusiya qiymət artımından gəlir əldə etsə də, satış həcminin azalmasına görə ciddi itkilərlə üzləşib.

Ekspertin sözlərinə görə, buna əsas səbəb Ukraynanın dron hücumlarıdır:

“Rusiyanın enerji daşıyıcılarının qiymət artımından əldə etdiyi qazanc gözəçarpan dərəcədə yüksəlib. Rəsmi məlumatlara görə, Rusiya mart-aprel aylarında ümumilikdə 200 milyard rubla yaxın əlavə gəlir əldə edib. Lakin qiymətlər artsa da, Ukrayna dronlarının hücumları nəticəsində Rusiyanın neft satışı və ixrac potensialı zəifləyib. Sanksiyaların müvəqqəti yumşaldılmasına baxmayaraq, satışların həcmi aşağı düşüb.

Əgər Ukrayna dronlarla neft bazalarına zərər vurmasaydı, Rusiya qiymət artımından daha böyük qazanc əldə edə bilərdi. Ukraynanın bir neçə ixracatçı şəhərə və neft infrastrukturlarına hücumu hasilata ciddi zərər vurub. Rusiya satış azaldıqca hasilatı da ixtisar etmək məcburiyyətində qalır. Nəticədə bu gün Rusiya gündəlik neft satışını təqribən 2 milyon barel azaltmalı olub. Bu səbəbdən, rəsmi Moskva qiymət artımından qazandığı qədər, hasilatın azalmasından da ciddi zərər görür”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05