Uran və nüvə energetikası hazırda Rusiyanın dünyada yeni silahıdır.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.
Agentlik yazır ki, gəlirləri azalan “Gazprom” hazırda neft-kimya və məişət texnologiyaları istehsalına daxil olur. Onun yerinə yeni oyunçu isə “Rosatom” olmağa başlayır.
KİV-in analitiklərinin fikrincə, hazırda dünyada inşa edilən 54 AES-in 28-ni “Rosatom” inşa edir. Rusiya enerji nəhəngi Türkiyədə “Akkuyu AES”, Misirdə “Əl-Daba AES” Hindistan, Çin, Tayland, Banqladeş, Macarıstan, Özbəkistanda AES inşa edilməsinə nəzarət edir.
Eyni zamanda, şirkət Türkiyənin ikinci AES lahiyəsi olan Sinopu da ələ keçirməyə yaxındır. Şirkət həmçinin Qazaxıstan uran istehsalı sahələrinə də nəzarət edir və dünyada nüvə reaktorlarının istehsalının 50%-ni nəzarətdə saxlayır. ABŞ asılılıqdan yaxın illərdə qurtula bilsə də, Avropanın asılılığı hələ davam edəcək.
Rusiya Qazaxıstanda AES inşası üçün də Fransa ilə rəqabət aparır.
Rafi Müslümov
www.yenicag.az