Rusiya erməni kilsəsinə hücumlardan narahatdır

media-hightechnic-468x90

Ermənistandakı hadisələr ölkənin daxili işi olsa da, kilsəyə edilən hücumlar ciddi narahatlıq doğurur.

Yenicag.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Şübhəsiz ki, minillik tarixi olan Erməni Apostol Kilsəsinə hücumlar ciddi narahatlıq doğurur. Kilsə həmişə erməni cəmiyyətinin əsas dayaqlarından biri olub və biz istəmərik ki, bu kilsə heç bir ciddi əsas olmadan hücumlara məruz qalsın. Biz vəziyyətin ən qısa zamanda Ermənistan Konstitusiyasına uyğun, dindarların hüquqlarına tam hörmətlə həll olunmasını istəyirik”, – deyə nazir vurğulayıb./axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600