Ermənistandan Rusiyaya yük daşıyan avtomobillər Rusiya tərəfində problemlə üzləşib.
Yenicag.az Aysor-a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.
Rusiya kömrükçülərinin erməni konyakının keyfiyyətini yoxlaması ucbatından yüklər ləngiyir:
“Rusiya tərəfi səbəbləri açıqlayıb. Onlar konyakın keyfiyyətini yoxlayırlar. Hazırda rusiyalı vəzifədaşlarımızla əlaqə saxlayırıq”, – deyə Kerobyan qeyd edib.
Ermənistanın Rusiyadakı səfirliyinin ticarət attaşesi Vahan Akopyan bildirib ki, Rusiya ilə sərhəddə 60-a yaxın konyaklı ağır yük maşını yığılıb və keyfiyyət ekspertizasının tamamlanmasını gözləyir.