Rusiya Ermənistana 5 milyon dollar ayırdı

media-hightechnic-468x90

скачанные файлы (1)Rusiya Federasiyası hökumətinin qərarına əsasən Ermənistan Respublikasına BMT-nin İnkişaf Proqramı çərçivəsində 5 milyon ABŞ dolları vəsait ayrılıb.

Yenicag.az apa-ya istinadən bildirir ki, həmin vəsait BMT İnkişaf Proqramı tərəfindən Ermənistanda 2015-2019-cu illərdə “Kənd təsərrüfatı rayonlarının inkişafının kompleks dəstəklənməsi” layihəsinin həyata keçirilməsinə yönəldiləcək.

Layihədə Ermənistanın Tavuş vilayətinin balanslaşdırılmış inkişafının təmin edilməsi, kənd təsərrüfatı fəaliyyətindən əldə olunan gəlirlərin artırılması, yoxsulluğun azaldılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş kompleks tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Layihədən faydalanacaq insanların sayı 62 min nəfərdir.

Layihə Rusiya ilə Ermənistan arasında olan strateji əməkdaşlığının gələcəkdə də möhkəmləndirilməsinə xidmət edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600