Rusiya Ermənistanın bu hərəkətini “həyasız cəhd” adlandırdı

media-hightechnic-468x90

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda çap olunan tarix dərsliyinin “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” fəslinin təxribat xarakterli olduğunu bildirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə diplomatik qurumun məsələ ilə bağlı şərhində deyilir.

“Söhbət ümumi tariximizi yenidən yazmaq üçün növbəti həyasız cəhddən gedir. 1826-1828-ci illər Rusiya müharibəsinin nəticələri təhrifə məruz qalıb və Türkmənçay sülhü Şərqi Ermənistanın “ilhaqı” kimi qeyd edilib”, – nazirlik vurğulayıb.

Moskva Ermənistan hakimiyyətinin ümumi keçmişi təhrif etmək cəhdlərinə “göz yummayacağını” və 18-ci illərin sonları -19-cu əsrin əvvəlləri Cənubi Qafqazda baş vermiş hadisələri təhrif edən 8-ci sinif tarix dərsliyinin məktəblərə verilməsinə icazə verməyəcəyini gözləyir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05