Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya “Eurovision”-u boykot edir

img1760943Sankt-Peterburq parlamentinin deputatı Vitali Milonov Rusiya mədəniyyət naziri Vladimir Medinskiyə “Eurovision” musiqi müsabiqəsini boykot etməklə bağlı müraciət ünvanlayıb.

Yenicgaz.az müsavat-a  istinadən verdiyi məlumata görə, deputat bildirib ki, rusiyalı musiqiçilərin bu müsabiqədə iştirakı ölkənin dini və ideoloji cəhətdən sağlamlaşdırılması xəttindən uzaqlaşması deməkdir.

O, ötən il “Eurovision” mahnı müsabiqəsində “saqqallı qadın” Konçita Vurstun çıxışını xatırladaq, bununla milyonlarla həmyerlisinin təhqir olunduğunu qeyd edib: “Son illər “Eurovision”da baş verənlər musiqi sənətini ələ salmağın xüsusi forması və qeyri-sağlam mədəni meyllərin aşılanmasıdır”.

Bununla bağlı deputat mədəniyyət nazirini müxtəlif ölkələrdən olan vətəndaşların zövq və ənənələrini özündə birləşdirəcək Avroasiya musiqi müsabiqəsinin təşkil olunması ideyasının dəstəkləməyə çağırıb: “Bizim ölkə elə bir səviyyəyə çatıb ki, özünün və yaxın tərəfdaşlarının mədəni cəhətdən inkişaf vektorunu müəyyənləşdirə bilər”. O, yeni təşkil olunmasını təklif etdiyi musiqi müsabiqəsində potensial iştirakçı qismində Belarus, Qazaxıstan, Ermənistan, Azərbaycan, Yunanıstan, Kipr, Serbiya və digər ölkələri gördüyünü vurğulayıb.

www.yenicag.az

300