Rusiya Fransaya nota verdi

media-hightechnic-468x90

Rusiya “Telegram” messencerinin həmtəsisçisi Pavel Durovun saxlanılmasına görə Fransaya nota verib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir qeyd edib ki, Fransa hakimiyyəti Rusiya tərəfinin Pavel Durovun konsulluqla əlaqə saxlamasını tələb edən notasını nəzərdən keçirir: “Bizim notamız nəzərdən keçirilir, biz bu notaya cavab gözləyirik.

Fransa hakimiyyəti Durovu kiminsə məsləhəti ilə şifrləmə kodlarına giriş əldə etmək istədiyi üçün saxlayıb. Bu, messencerin həqiqətən qorunduğunu sübut edir”./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600