Rusiya ilə Azərbaycan arasında pul köçürmələri kəskin azalıb

media-hightechnic-468x90

98b12537788f1ae7722da0c862d9e8022014-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Rusiya arasında Azərbaycan Beynəlxalq Bankının (ABB) Moskva filialının “IBA-Express” hesablaşma sistemi vasitəsilə həyata keçirilən pul köçürmələrinin həcmi 22,1 milyon dollar təşkil edib.

Bu müddət ərzində köçürmələrin miqdarı 17 min ədəd təşkil edib.

Bankın Moskva filialının fəaliyyətə başladığı müddətdə “IBA-Express” sistemi vasitəsilə cəmi 801,1 milyon dollar transfertlər (529 min köçürmə) aparılıb. O cümlədən, 2013-cü ildə 55 milyon dollar (37 min köçürmə), 2012-ci ildə 71 milyon dollar (48 min köçürmə), 2011-ci ildə 74 milyon dollar (58 min köçürmə), 2010-cu ildə 81 milyon dollar (67 min köçürmə), 2009-cu ildə 70 milyon dollar (55 min köçürmə), 2008-ci ildə 113 milyon dollar (61 min köçürmə), 2007-ci ildə 99 milyon dollar (53 min ədəd), 2006-cı ildə 84 milyon dollar (45 min ədəd), 2005-ci ildə 59 milyon dollar (38 min köçürmə), 2004-cü ildə 47 milyon dollar (30 min köçürmə), 2003-cü ildə 21 milyon dollar (17 min köçürmə), 2002-ci ildə beş milyon dollar (3 min köçürmə) transfert həyata keçirilib.

2014-cü ildə iki ölkə arasında pul köçürmələrinin azalmasına Rusiyadakı iqtisadi vəziyyət təsir edib.

(trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600