!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya, Türkiyə və İranın əməkdaşlığı ABŞ-a haradasa sərf edir” – Rusiyalı politoloq

!Reklam – Yazi

“Türkiyə hazırda Əsəd qüvvələrinin İdlibə hücum planlarına çox neqativ yanaşır və bu barədə Moskva ilə Tehranı xəbərdar edib”.

İqor Pankratenko

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiya, Türkiyə və İran prezidentlərinin sentyabrın 7-də Tehranda keçiriləcək görüşünün səbəblərini və mümkün nəticələrini şərh edən Rusiyalı politoloq İqor Pankratenko deyib.

Pankratenkonun sözlərinə görə, Rusiya, Türkiyə və İranın mövcud münasibətləri Moskva-Ankara-Tehran alyansını “situativ ittifaq” adlandırmağa əsas verir:
“Hesab etmirəm ki, prezidentlərin Tehranda keçiriləcək üçtərəfli görüşü Trampı daha da qıcıqlandırsın. Prezidentlərin görüşünü zəruri edən əsas məsələ Suriyanın İdlib bölgəsi ətrafında yaranmış vəziyyətdir.

Yəni Tehran görüşü “antiAmerika zirvəsi” yox, Ankara-Moskva-Tehran alyansının daxilində mövcud olan ziddiyyətlərin aradan qaldırılması cəhdidir. Türkiyə, Rusiya və İranın Suriya ilə bağlı mövqeləri getdikcə daha çox şaxələnir və bu, qarşılıqlı münasibətlərə də təsirsiz ötüşmür. O baxımdan, hesab edirəm ki, Vaşinqtonun Tehran görüşündən narahat olması üçün əsas yoxdur.

Hətta daha da irəli gedib deyə bilərəm ki, İran, Türkiyə və Rusiya arasındakı bu tərəfdaşlıq haradasa ABŞ-a sərfəlidir. Çünki bu ölkələrin Suriyada birgə fəaliyyət cəhdləri onların qarşılıqlı münasibətlərində mənfi planda əks olunacaq. Konkret misal çəkim. Məsələn, Türkiyə hazırda Əsəd qüvvələrinin İdlibə hücum planlarına çox neqativ yanaşır və bu barədə Moskva ilə Tehranı xəbərdar edib. Ankara bu xəbərdarlığını ciddiliyini göstərmək üçün sərhəddə hava hücumundan müdafiə sistemləri yerləşdirib. Bu, əslində, xüsusilə, Rusiyaya yönəlik çox incə eyhamdır.

Bundan başqa, Con Boltonun “Rusiya Suriyada ilişib qalıb” fikirlərinin doğru olduğunu düşünürəm. Çünki Rusiyanın orada 20 minlik hərbi kontingent saxlamasının heç bir dividenti yoxdur və ölkə iqtisadiyyatı üçün “yük”dən başqa bir şey deyil.

Bəli, Rusiya, Türkiyə və İranın ABŞ-la münasibətləri bir-birindən fərqlənən səbəblərə görə çox gərgindir. Həmçinin Moskvanın Tehran və Ankara ilə münasibətlərində müxtəlif sahələr üzrə ziddiyyətlər qalmaqdadır. Yəni bu yaxınlaşma “Düşmənimin düşməni mənim dostumdur” prinsipi əsasında baş verib.

Bu mənada açıq demək mümkündür ki, reallıqda bu ölkələrin iştirakı ilə “antiAmerika koalisiyası”ndan danışmaq doğru olmazdı. Bu, daha çox istənilən an pozula bilən situativ ittifaqdır”.

COP29

www.yenicag.az

1028
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv