Yaydan bəri Rusiya Silahlı Qüvvələri yeni taktikalara əməl edir. Onlar kiçik qruplar halında döyüş meydanlarına daxil olurlar ki, bu da onların aşkarlanmasını minimuma endirir və atəşə cavab verməyi çətinləşdirir.
Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Nəşr yazır ki, bir neçə ay əvvəl onlar 10-20, indi isə 4 nəfərlik qruplar halında bəzi ərazilərdə müdafiəyə hücum edirlər.
“Bu taktika Ukrayna Silahlı Qüvvələri tərəfindən ötən ilin payızında əks-hücum zamanı istifadə edilib. Amma əsas fərq ondan ibarətdir ki, Rusiya qoşunları artilleriya, pilotsuz təyyarələr və əsgərlərin sayına görə Ukrayna Silahlı Qüvvələrindən üstündür. Onların əlaqə keyfiyyəti də yaxşılaşmışdır”, nəşr yazır.
Rafi Müslümov