“Reuters” agentliyi bir neçə gün öncə Vladimir Putinin Ukraynada məqsədlərinə nail olduğunu və iqtisadiyyata görə müharibəni dayandırmağı düşündüyünü bildirib. Lakin, mənə elə gəlir ki, həqiqət bu qədər sadə deyil. Çünki Rusiyada həm XİN, həm də Kremlə yaxın mənbələrim açıqca bu cür şərhin yanlış olduğunu bildirdilər”.
Yenicag.az xəbər verir ki, bu sözləri Almaniyada yaşayan Rusiya üzrə mütəxəssis, “Carnegie Fond”unun əməkdaşı Tatyana Stanovaya bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, Qərb və xüsusilə Donald Tramp Rusiya iqtisadiyyatına mərc edərək Putinin bu müharibəyə son qoyacağını düşünürsə, tamamilə yanılır:
“Tramp Rusiya iqtisadiyyatına mərc edərək Putinin masaya gələcəyini düşünməkdə böyük səhv edir. Putin üçün bu müharibə ekzistensial bir savaşdır və Rusiya nə olursa olsun Ukraynada məqsədlərinə nail olmaq üçün davam edəcək. Putin üçün atəşkəs və ya anlaşmanın qısa zamanda təmin edilməsi şübhəsiz ki, yaxşı olardı, amma Putin Ukraynada beynində olan vəziyyətə çatmaq üçün bütün resurslardan istifadə etməyə iddialıdır”.
T. Stanovaya görə, Rusiya prezidenti iqtisadi durumdan narahat deyil:
“Hətta Qərbin dediyi kimi, maliyyə vəziyyətinin 100 dəfə daha pis olduğunu düşünsək belə, Putin Kremldə olduğu müddətcə iqtisadi faktoru əsla əsas götürməyəcək. Çünki Putin anlayır ki, iqtisadiyyat onun hakimiyyətinin sabitliyi üçün vacibdir və o burada birinci məsələ kimi qəbul etməsə belə, onun komandası bu istiqamətdə əlindən gələn hər şeyi edir”.
“Doğrudur Rusiya üçün çətinlik daha da artacaq, lakin çətin ki, bu məsələ Putini masaya gətirməyə məcbur edəcək həddə çatsın. Putinin düşüncəsi budur ki, indi atəşkəs olarsa, bu, Ukraynanın daha da güclənməsinə və Qərb tərəfdən yenidən silahlanmasına səbəb olacaq. Buna görə də Putin müharibəni davam etdirmək üçün dözümlü davranmağa və cəmiyyəti silahlandırmağa iddialıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az