Rusiya Ukraynada YENİ CƏBHƏ AÇDI: “Kreml insan həyatları bahasına...”

media-hightechnic-468x90

 

Rusiya-Ukrayna müharibəsi şiddətlə davam edərkən, cəbhə xəttindəki gərginlik daha da artıb. Son məlumatlara görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın şimal-şərqində yerləşən Sumı vilayətinə 10 kilometr dərinlikdə daxil olub.

Bölgədəki hərbi fəaliyyətlərin intensivləşdiyi, yerli sakinlər və hərbi müşahidəçilər tərəfindən atəşkəs və mülki itkilərlə bağlı narahatlıqların artdığı bildirilir. Ukrayna qüvvələri isə öz ərazilərini müdafiə etmək və Rusiya ordusunun irəliləməsini dayandırmaq üçün əllərindən gələni edirlər, lakin qarşı tərəfin irəliləyişi də ciddi çətinliklər yaradıb.

Yenicag.az-la söhbətində britaniyalı politoloq Neil Uotson deyib ki, Putin Trampa və dünyaya göstərməyə davam edir ki, o, hesablaşmalı olan bir qüvvədir və onun ehtiyacları və istəkləri nəzərə alınmadan heç bir müqavilə və ya atəşkəs yolu ilə sülh mümkün olmayacaq:

media-img_3764

“Prezident Putin yaxşı bilir ki, dünya sülh istəyir, lakin, eyni zamanda, o, başladığı müharibəni Rusiya xalqının gözündə əsaslandırmağa çalışır. O anlayır ki, müharibəni davam etdirməklə itirəcək bir şeyi yoxdur və bu, prezident Trampa, NATO-ya və Avropa İttifaqına verilmiş bir mesajdır: Rusiya hələ də mübarizə aparır və sülh şərtləri artıq onun məqsəd və hədəfləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Biznes dili ilə desək, Kreml insan həyatları bahasına öz mövqeyini gücləndirir”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600