Rusiya Ukraynanın enerji sistemini TARMAR EDİR – Atəşkəsin UĞURSUZLUĞU

media-hightechnic-468x90

 

“Rusiya enerji sisteminə kütləvi zərbələrdən çəkinərək daha “hədəfli” hücumlarla Ukraynanın elektrik şəbəkəsini çətin vəziyyətə salmağa çalışır”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsindəki proseslərin atəşkəs üçün mümkün perspektivlərindən danışan siyasi ekspert Natalia Yermak deyib.

Onun sözlərinə görə, ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında razılaşdırılmağa çalışılan enerji atəşkəsi ciddi nəticə vermədi:

“Martın 25-də Ukrayna tərəfi razılaşmanın başladığını bildirsə də, Rusiya atəşkəsin martın 18-də – Tramp və Putin arasında keçirilən telefon danışığından sonra başladığını açıqladı. Fərqli tarixlər, yazılı sənədin olmaması və monitorinq mexanizmlərinin zəifliyi tərəflər arasında anlaşmazlıqlara səbəb oldu. Nəticədə atəşkəsə əməl edilmədi, enerji obyektlərinə hücumlar davam etdi və münaqişənin tezliklə başa çatacağına dair ümidlər azaldı”.

Analitik əlavə edib ki, Rusiyanın enerji obyektlərinə genişmiqyaslı hücumlar etməməsi əvəzində regional obyektlərə zərbələr endirməsi mütəxəssislər tərəfindən “atəşkəs yox, taktikanın dəyişməsi” kimi qiymətləndirilir:

“Zərbələrin çoxu Ukraynanın DTEK adlı özəl enerji şirkətinə məxsus obyektlərə yönəlib. DTEK müharibə səbəbilə enerji istehsal gücünün 90%-ni itirsə də, son aylarda bunun bir hissəsini bərpa edə bilib. Rusiya, enerji sisteminə kütləvi zərbələrdən çəkinərək daha “hədəfli” hücumlarla Ukraynanın elektrik şəbəkəsini çətin vəziyyətə salmağa çalışır”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600