Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1155-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 661 təyyarəsi, 283 helikopteri, 53 200 PUA-sı, 604 zenit-raket kompleksi, 23 000 tank və digər zirehli texnikası, 1 546 reaktiv yaylım atəş sistemi, 23 996 artilleriya və minaatanı, 34 445 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.