Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1160-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 661 təyyarəsi, 283 helikopteri, 54 179 PUA-sı, 605 zenit-raket kompleksi, 23 071 tank və digər zirehli texnikası, 1 553 reaktiv yaylım atəş sistemi, 24 224 artilleriya və minaatanı, 34 689 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.