!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya vasitəçi rolunu bərpa etməkdə maraqlı deyil” – Neil Uotson

!Reklam – Yazi

 

“Moskvada keçirilən görüşlər, əsasən, ticarət və Rusiyanın Cənubi Qafqazda və MDB məkanında təsirinin bərpası ilə bağlı olub”.

Bu fikirləri Yenicag.az-la söhbətində siyasi təhlilçi Neil Uotson deyib. O, Moskvada keçirilən MDB dövlət başçılarının görüşündə Ermənistanın ikitərəfli görüşdən yayınması və Qərbin bu prosesə reaksiyasını şərh edib. Mütəxəssisin dediyinə görə, Rusiya prezident Vladimir Putinin Azərbaycan Prezident İlham Əliyev və Ermənistanın Baş nazir Nikol Paşinyanla ayrı-ayrılıqda keçirdiyi görüşlərin rəsmi transkripsiyasında Azərbaycan və Ermənistan arasında davam edən ikitərəfli sülh danışıqları ilə bağlı heç bir fikirdən bəhs edilməyib: “Əvəzində əsas diqqət ikitərəfli iqtisadi əlaqələrə yönəldilib və Rusiyanın Azərbaycan və Ermənistanla ticarət dövriyyəsi müvafiq olaraq 4,3 milyard və təxminən 8,3 milyard ABŞ dollarına bərabər olub.

Hər iki halda Putin liderləri BMT-yə alternativ olaraq, sanksiyaları və digər ticarət maneələrini aradan qaldırmaq məqsədi ilə İran, BƏƏ və Çinin də daxil olduğu Rusiya tərəfindən hazırlanmış bir qurum olan Kazanda keçiriləcək BRICS sammitində iştirak etməyə çağırıb”.

Onun fikrincə, görüşlərdə Rusiyanın rolu bir daha təsdiqləndi, lakin Azərbaycan-Ermənistan münasibətlərinin həllinə xüsusi önəm verilməməsi onu göstərdi ki, Ukrayna münaqişəsinin davam etməsinə baxmayaraq, Rusiya ticarət vasitəsilə öz maraqlarını daha çox diqqət mərkəzində saxlayır və MDB məkanında dəstəyini gücləndirir: “Rusiya tərəflər arasında vasitəçi rolunu bərpa etməkdə maraqlı deyil, eyni zamanda, Paşinyan Əliyevlə görüşmək və sülh müqaviləsinin imzalanmasına təsir edən həlledici məsələləri, yəni Ermənistan konstitusiyasının preambulasında qalan ərazi iddialarını müzakirə etmək təşəbbüsü ilə çıxış etmək istəmir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

102
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv