!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya XİN-dən Tehrandakı səfirliyimizə hücumla bağlı BƏYANAT

!Reklam – Yazi

Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqədar Azərbaycan tərəfinə dərin hüznlə başsağlığı veririk.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

 

“Daxil olan məlumata görə, bu gün səhər saatlarında avtomatla silahlanmış şəxs diplomatik nümayəndəliyin binasına daxil olaraq atəş açıb. Nəticədə Azərbaycan diplomatik missiyasının bir əməkdaşı həlak olub, onun daha iki həmkarı yaralanıb. Hücum edən şəxs Tehran polisi tərəfindən saxlanılıb, araşdırma aparılır. Ümid edirik ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar.

Baş verənlər 18 aprel 1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliklərin yerləşdiyi dövlətin hakimiyyət orqanları tərəfindən təhlükəsiz fəaliyyətinin təmin edilməsinin vacibliyini bir daha təsdiqləyir”, deyə bəyanatda qeyd olunub.

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv