Zəngəzur dəhlizi ilə bağlı bəyanatlara Ermənistanın reaksiyası çaşdırıcıdır.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Biz həmişə İrəvandan eşitmişik ki, Ermənistan söz azadlığına sadiqdir, ona görə də İrəvanda reaksiya çaşdırıcıdır. Rusiya Federasiyasının rəsmi mövqeyi İrəvana məlumdur. Rusiya ardıcıl olaraq üçtərəfli sazişlər əsasında bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasından danışır. Bu mövqe çox aydın ifadə olunub”, – Zaxarova bildirib.
Diplomat vurğulayıb ki, Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin üçtərəfli işçi komitəsi heç vaxt Ermənistanda hər hansı ekstraterritorial dəhliz yaradılmasını müzakirə etməyib: “Əksinə, ölkələrin öz ərazisindən keçən marşrutlar üzərində yurisdiksiyaya və suverenliyə malik olması ilə bağlı razılıq əldə olunub”./unikal
www.yenicag.az