!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada Azərbaycana qarşı “erməni” təxribatı, yoxsa… - Zibil qutuları bayrağımızın rəngləri ilə boyandı - Fotolar

!Reklam – Yazi

Moskvada məşhur “Mega” Ticarət Mərkəzində yerləşdirilmiş zibil qutularının üstü Azərbaycanın dövlət bayrağının rəngləri ilə “bəzədilib”.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Moskvada yaşayan soydaşımız Pərviz Səfərov özünün “Facebook” səhifəsində paylaşıb. O, zibil qutularının yazıda təqdim olunan fotolarını Rusiya paytaxtındakı “Mega” Ticarət Mərkəzində çəkib.

Şəkillərdən göründüyü ki, zibil qutularının üzərində Azərbaycanın dövlət bayrağındakı rənglər həkk olunub.

Zibil qutusunun üstündə yazılmış “Цвет имеет значение” (“Rəngin əhəmiyyəti var”) yazısı isə bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir.

Qeyd edək ki, bu, Rusiyadan Azərbaycana qarşı ilk sayğısızlıq deyil və yəqin ki, sonuncu da olmayacaq.

Buna qədər də şimal qonşumuz rəsmi və ya qeyri-rəsmi səviyyədə Azərbaycana yönəlik yumşaq desək, dözümsüz münasibətini heç vaxt gizlətməyib. 30 il əvvəl Dağlıq Qarabağ münaqişəsini alovlandıran Rusiya, SSRİ-nin süqutundan sonra Azərbaycan ərazilərinin işğal olunmasında birbaşa iştirak edib. Qarabağ müharibəsinin davam etdiyi müddətdə ermənilərə hərbi, siyasi, iqtisadi və informasiya dəstəyi verən Kreml bu siyasətini indi də davam etdirməkdədir.

Moskvada Dağlıq Qarabağ separatçı rejiminin “daimi nümayəndəliyi”nin fəaliyyət göstərməsi, bu rejim təmsilçilərinin Rusiyaya intensiv səfərlərinin təşkili və onlara Rusiya mediasında həvəslə tribuna verilməsini xatırlatmaq kifayətdir. Son dövrlərdə isə bu həyasızlıq o həddə çatıb ki, Rusiyada nəşr olunan bir sıra ensiklopediyalarda Dağlıq Qarabağdakı separatçı-cinayətkar rejim “müstəqil dövlət” statusunda göstərilib.

Qısaca desək, Rusiya kimə dost, kimə düşmən olduğunu hər addımda ən açıq formada nümayiş etdirməkdədir. Dövlət bayrağımıza həqarət isə bu münasibətin tərkib hissəsidir.

Sonda onu deyək ki, Pərviz Səfərov kimi, hər birimizə maraqlıdır: Moskvadakı səfirliyimiz və diaspor təşkilatlarımız bu sayğısızlığı aradan qaldırmağa cəhd edəcəklərmi?

Onu da qeyd edək ki, Rusiyada bir çox ticarət mərkəzlərinin sahibləri ermənilərdir. Buradan nədənsə, rus qarışıq erməni qoxusu gəlir.

COP29

www.yenicag.az

3858
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv