Rusiyada azərbaycanlı saxlanıldı
Biryulevoda azərbaycanlı saxlanılıb. Yenicag.az anspress-ə istinadən bildirir ki, Azərbaycan vətəndaşı narkotik maddə saxlamaqda ittiham edilib. O evində tapanca-pulemyot və marixuana saxlayıb.
Adı açıqlanmayan şəxsin evindən tapılan döyüş tapancası “Sa-26” Çexiya istehsalı olub. Onun üzərində 3 daraq, 89 parton də olub. Bundan başqa evdə dəyişiklik edilmiş 30 patronlu revolver də aşkarlanıb.
Saxlanılan şəxs barəsində cinayət işi açılıb və barəsində həbsqətiimkan tədbiri seçilib.
Xatırladaq ki, 2013-cü ilin oktyabr ayında Biryulevoda Azərbaycan vətəndaşı Orxan Zeynalovun Yeqor Şerbakovu qətlə yetirməsi böyük gərginliyə səbəb olmuşdu. Şəhər sakinləri miqrantların ölkədən çıxarılmasını belə tələb edirdilər.
Baş verən toqquşmalarda 400 nəfər saxlanılmışdı. Qətli törətməkdə ittiham edilən O.Zeynalov isə 17 il müddətinə azadlıqdan məhrum edilib.