Rusiyada bu nazirliyin işçilərinə də “iPhone” qadağası

media-hightechnic-468x90

Rusiyanın Təhsil və Elm Nazirliyinin əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən iPhone və digər “Apple” avadanlıqlarından istifadə etmək qadağan olunub.

Yenicag.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri yazıb.

Məlumata görə, Təhsil və Elm Nazirliyi Rusiya Elmlər Akademiyasının (RAA) institutlarından birinə əmr göndərib, ona əsasən, hər bir işçi “Apple”dan istifadənin qadağan edilməsinə istinad edən sənədlə tanış olmalıdır.

“Nazirliyin tabeliyində olan təşkilatların rəhbərləri bu əmrin icrasını və əməkdaşların bu əmrlə tanış edilməsini imzasız təmin etsinlər. Bu sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram”, – deyə nazir Valeri Falkovun imzaladığı sənəddə qeyd edilib.

Qadağanın pozulmasına görə cəza nəzərdə tutulmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600