!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada ən zəngin varis - Reytinq cədvəli açıqlandı

!Reklam – Yazi

Məşhur “Forbes” jurnalı Rusiya milyaderlərinin ən varlı varislərinin retinq cədvəlini açıqlayıb.

Yenicag.az xəbər verir ki, siyahıda ölkənin imkanlı ailələrinin 2-ci nəslinin 48 nümayəndəsi yer alıb.

“Lukoyl”un rəhbəri Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov yenidən Rusiyanın ən zəngin varisi seçilib.

O, dördüncü dəfə bu reytinqin ən yüksək pilləsində yer alıb. Ona atasından 21,8 milyard dollar sərvətin qalacağı vurğulanıb.

İkinci yerdə “Novatek” və “Sibur” şirkətlərinin sahibi Leonid Mixelsonun qızı və oğlu, 3-cü yerdə “NLMK Group”un sahibi Vladimir Lisinin üç övladı qərarlaşıb. Ural Dağ Metallurgiya şirkətinin əsas səhmdarı olan İskəndər Mahmudovun oğlu Cahangir Mahmudov “Forbes”in siyahısında 4-cü yeri tutub. Ona atasından 7 mlrd. dollarlıq varidat qalacaq.

“Forbes”in reytinqinin 5-ci sırasını “Novatek” və “Sibur” şirkətlərinin Direktorlar Şurasının üzvü Gennadi Timçenkonun 3 övladı tutur.

Qeyd edək ki, ümumilikdə reytinq cədvəlinə 20 ailənin adı daxil edilib.

www.yenicag.az

1121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv