!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada kimlər spirtli içki içmir? - Maraqlı SORĞU

!Reklam – Yazi

Rusiyada əhalinin spirtli içkiyə münasibətini əks etdirən sosioloji sorğu keçirilib.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, respondentlər müxtəlif suallarla yanaşı, spirtli içkilərə münasibətlərini də ifadə ediblər.

Məlumata görə, rəyi soruşulanların 38 faizi alkoqollu içkilərin heç bir növündən istifadə etmədiyini bildirib. Maraqlıdır ki, bu kateqoriyaya aid respondentlər, əsasən, yaşı 60-dan yuxarı olan insanlardər.

Sorğu iştirakçılarının 25 faizi ayda azı 1 dəfə spirtli içkidən istifadə etdiyini açıqlayıb. Hər gün və ya həftədə bir neçə dəfə içkiyə əl uzadanların nisbəti isə 1,4 faiz olub.

Rusiyalıların 39 faizi şərabı zərərsiz içki kimi qiymətləndirib. Onların ən çox istifadə etdikləri içki isə pivədir. Pivəni hər gün içənlərin nisbəti 7, ayda 1-2 dəfə içənlərin nisbəti isə 16 faiz təşkil edib.

www.yenicag.az

906
Ads
www.veteninfo.com
!Reklam – Arxiv