Rusiyada “Müasir Azərbaycanın memarı – Heydər Əliyev” müsabiqəsi başladı
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunacaq.
Bu gün münasibəti ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi Ulu Öndərin həyat və fəaliyyəti haqqında, eyni zamanda, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və bütövlükdə Azərbaycanımız haqqında həqiqətlərin Rusiya cəmiyyətinə dolğun və düzgün çatdırılması məqsədi ilə 16-18 oktyabr 2015 ci il tarixləri arasında Rusiyanın paytaxtı Moskvada “Müasir Azərbaycanın memarı və qurucusu – Heydər Əliyev” sərgisini və eyniadlı yazı müsabiqəsini reallaşdıracaq.
Qeyd edək ki, layihənin təşkilatçısı ASGA Rusiya nümayəndəliyi, tərfdaşı isə Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəliş Fondudur.
Layihəyə müvafiq olaraq müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yenicag.az












