Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Rusiyada “Mübariz” döyüşçü – idman klubunun açıq qapı günü keçirilib – FOTO

Reklam: Sinerji Pro

Yenicag.az xəbər verir ki, Fevralın 7 də Moskvada “Mübariz” döyüşçü – idman klubunun açıq qapı günü keçirilib. İdman tədbiri Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilib. dbirə Rusiya və Azərbaycanın ictimai-siyasi mühitində tanınmış şəxslər, nüfuzlu peşəkar idmançılar, idman həvəskarları qatılıb.

Tədbir “Ermənistan-Azərbaycan müharibəsi” şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anmaqla başlayıb. Daha sonra çıxış üçün söz idman tədbirinin təşkilatçıları və xüsusi qonaqlara verilib.

“2 MİLYONDAN ÇOX SAYI OLAN RUSİYA AZƏRBAYCANLILARI BU PROBLEM QARŞISINDA ACİZ QALA BİLMƏZ”

“Məqsədimiz – idman vasitəsilə həmvətənlilərimizlə əlaqələri möhkəmlətmək, yeni qələbələrə imza atacaq idmançı nəsil yetişdirməkdir” deyən tədbirin aparıcısı onu da əlavə etdi ki, “Mübariz” klubunun üzvü kimi nailiyyət qazanmaq xüsusilə qürurvericidir. Aparıcı çıxışında Moskva şəhərində və Tula vilayətində fəaliyyət göstərən “Mübariz” idman klublarının mövcud proeblemlərindən də danışıb. O bildirdi ki, maliyyə problemlərinə görə Moskvada idmançılar ümumiyyətlə 60 kvadratmetrlik zalda məşq etməyə məcburdur. 2 milyondan çox sayı olan Rusiya azərbaycanlıları bu problem qarşısında aciz qala bilməz”, həmvətənliləri idmançıların mövcud problemlərini aradan qaldırmaqda yardımçı olmağa çağırdı.

Tədbir iştirakçılarına nüfuzlu idmançıların “Mübariz” ə təbrik və arzuları əsasında göndərdikləri videoçəkilişlər nümayiş etdirildi. Rusiyadakı həmkarlarını təbrik edənlər arasında peşəkar idmançılar Şəhriyar Abbasov, Nəriman Abbasov, Mövlud Mirəliyev, Həsən Cəbrayılov, Hacı Əliyev,Hidayət Heydərov, Orxan Səfərov, Nicat Şıxəlizadə, Elxan Məmmədov, Elmar Qasımov, Hafiz Baxşəliyəv və başqaları var idi.

“MÜBARİZ” İN MƏQSƏDİ UFC KATEQORİYALI YARIŞLARA ÇIXACAQ İDMANÇILARIN HAZIRLANMASIDIR”

“Mübariz” haqda geniş məlumat verən klubunşqçisi Teyfur Məmmədov qeyd etdı ki, idman klubu ideyasının əsasında milli vətənpərvərlik hissləri dayansa da, hər bir rusiyalıya zalın qapıları açıqdır.Klubun ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Fərrux Qənbərov “Mübariz” in qarşıya qoyduğu məqsədin UFC kateqoriyalı yarışlara çıxacaq idmançıların hazırlanması olduğunu bildirdi. Bu işdə oRusiya azərbaycanlılarının idmana dəstəyinin vacibliyini vurğuladı. Beynəlxalq dərəcli idman ustası Rasim Ağamirov klubun inkişafı üçün əlindən gələni kömək edəcəyini dediöz böyük təcrübəsini bölüşməyə hazır olduğunu bildirdi. Dünya Köykşnkan Federasiyasının vitse-prezidenti, 8 ci dan qara kəmər ustası Əziz Əşrəfov Azərbaycanın şərəfli idman tarixi olduğunu ifadə etdi. Onun fikrincə milli amil əsasında birləşib idmanın inkişafına xidmət edəcək layihəyə ancaq alqış düşür. “Mübariz” klubuna maliyyə yardımı ilə fərqlənən iş adamı Xəzər Qarayev çıxışı zamanı digər həmvətənliləri də milli layihələrdə fəal olmağa səslədi. Qeyd edək ki, Moskvada fəaliyyət göstərən “Mübariz” klubunun əsas maliyyə xərcləri həm də “QARDAŞLIQ” vatsap mesenjer qrupunun üzvü olan həmvətənlilər tərəfindən ödənilir.

Birman boksu federasiyasının prezidenti Denis VladimirovRusiyanın əməkdar məşqçisi Muxtar Hüseynov, qarışıq döyüş növləri üzrə məşqçi Tofiq Zeynalov klubla bağlı məzmunlu çıxışları ilə yadda qaldılar.

Daha sonra cüdo, köykşn-karate, qarışıq döyüş növü üzrə idmançıların qarşılamaları nümayiş etdirildi.    

Hazırda Moskvanın Cənub Qərb dairəsində kiçik bir zalı icarəyə götürmuş “Mübariz”lər daha böyük zalın axtarışındadırlar ki, bu milli layihəyə iş adamlarının biganə qalmayacağına ümid edirlər. Əgər klubun şəxsi zalı olarsa, orda qarışıq döyüş növlərindən əlavə  “cüdo” , “sambo”, “kyökşn karate” idman növləri üzrə təcrübəli mütəxəsislərin rəhbərliyi altında məşqlər təşkil etmək imkanı var.

lumat: “Mübariz” döyüşçü-idman klubu qarışıq döyüş növləri üzrə idmançıların təşəbüsü və birgə səyləri nəticəsində 2 il öncə təsis edilib. Klubun döyüşçüləri Rusiyanın müxtəlif regionlarında keçirlən idman yarışlarında iştirak edirlər. Klubun idman zalları Moskva şəhəri və Tula vilayətində yerləşir. Tayfur Məmmədov MoskvaXalid Rzayevsə Tula vilayətindəki klubun məşqçisidir. Moskvada Mübariz idman klubu adından Tahir Abdullayev, İlham Məmmədov, Emil Novruzov, Kənan Quliyev, Eltun Məmmədov kimi MMA döyüşçüləri çıxış edir.

Loading...

www.yenicag.az

175