Rusiyada söz azadlığından incilər: Antidemokratik qanunlar, açılmayan qətllər… – Aqil Ələsgər yazır

media-hightechnic-468x90

Anadoluda gözəl bir söz var: “Dinimə söyən barı müsəlman olsa”. Bu baxımdan, Rusiya söz və ifadə azadlığı ilə bağlı danışacaq son ölkə belə deyil.

2012-ci ildən etibarən qüvvədə olan “Xarici agent” qanunu müstəqil media təşkilatlarını zorla xarici agent kimi qeydiyyata almağa məcbur edir. Bu qanun media qurumlarının fəaliyyətlərini ciddi şəkildə məhdudlaşdırır və onların müstəqilliyini azaltmaq məqsədini güdür.

Bundan əlavə, Kreml tənqidçilərinə qarşı yalnız həbs siyasəti yürütmür, həm də onları öldürməklə cəzasızlıq mühitini yaradır. Bu ürəkağrıdıcı siyahıda olan jurnalistlərin yalnız bir hissəsi aşağıdakı kimidir:

1. Anna Politkovskaya – 2006-cı ildə Moskva da evinin girişində öldürüldü.

2. Pavel Şeremet – 2016-cı ildə Kiyevdə avtomobilində partlayış nəticəsində vəfat etdi.

3. İqor Domnikov – 2000-ci ildə qətlə yetirilib, cinayət hələ də tam araşdırılmayıb.

4. Yuri Şekoçixin – 2003-cü ildə müəmmalı şəkildə vəfat edib, ölüm səbəbi tam aydın deyil.

5. Vasili Belyakov – 2002-ci ildə öldürülüb.

6. Mixail Beketov – 2008-ci ildə döyülərək ağır yaralanmış, sonradan 2013-cü ildə vəfat edib.

7. Dmitri Xolodov – 1994-cü ildə Moskva yaxınlığında öldürülüb, cinayət hələ də açılmayıb.

Bu, yalnız bir neçə nümunədir, lakin daha çox jurnalistin hədəf olduğu məlumdur. Müstəqil jurnalist və müxalifət lideri Aleksey Navalnı 2021-ci ildə həbs edilib, 2024-cü ildə həbsdə müəmmalı şəkildə ölməsindən danışmırıq belə.

Sosial şəbəkələrdə müxalif fikirləri yaymağa çalışan istifadəçilərə qarşı mühakimə və cəzalar, informasiya azadlığının məhdudlaşdırıldığını sübut edir. 2020-ci ildən etibarən qəbul edilən “Dezinformasiya haqqında” qanun ilə müxalifət və tənqidi xəbərlər yalan kimi qiymətləndirilərək cəzalar tətbiq edilir.

Bu faktlar Rusiyada söz azadlığının ciddi şəkildə məhdudlaşdırılmasının açıq göstəriciləridir. Belə bir şəraitdə Rusiyadakı media institutlarının “Sputnik”in Azərbaycan nümayəndəliyindəki hadisəni kontekstdən çıxararaq təqdim etmələri absurd bir yanaşmadır. Bu vəziyyət bizi yuxarıda qeyd etdiyim məsələni bir daha düşünməyə vadar edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600