!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada uçqun - Məktəblilər qar altında qaldı - Ölən və yaralananlar var

!Reklam – Yazi

Rusiyanın Murmansk vilayətinin Oleneqorsk bölgəsində qar uçqunu baş verib.

Yenicag.az xəbər verir ki, hadisə İmandra stansiyasından 5 km aralıqda, Murmansk vilayətinin xizək marşrutlarının keçdiyi Monçeqorsk və Oleneqorsk bölgələrinin sərhədində baş verib.

Hadisə yerində 16 nəfər turist olub. Onlardan 13-nün azyaşlı uşaqlar olduğu bildirilir.

Fövqəladə hadisə yerinə kinoloji heyət, 18 ədəd xüsusi texnika və 11 qar motosikleti də daxil olmaqla 53 xilasedici cəlb edilib.

Qeyd edilib ki, xilasedicilər bir uşağın cəsədini qarın altından çıxarıb, qalan xilas edilən turistlərin tibbi yardıma ehtiyacı yoxdur.

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv