Rusiyada vertolyot qəzası: 18 ölü - "Qara qutu" tapıldı

media-hightechnic-468x90

Rusiyanın Krasnoyarsk diyarında “Mi-8” tipli sərnişin vertolyotu qəzaya uğrayıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, onun göyərtəsində üç nəfər ekipaj üzvü olmaqla 18 nəfər olub və onların hamısı həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, vertolyot İqarka şəhərindən 2 km aralıda sərt eniş edib. Hadisə Bakı vaxtı ilə saat 7:20-də baş verib.

Vertolyotun hər iki “qara qutu”su xilasedicilər tərəfindən tapılıb.

İlkin məlumatlara görə, qəza texniki nasazlıq və ya pilotun səhvi nəticəsində baş verib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa