“İndiki halda Rusiyada vətəndaş müharibəsinin olma ehtimalı yoxdur”.
Bu fikirləri Ukrayna savaşı fonunda Rusiyanın parçalanması və vətəndaş müharibəsi olma ehtimallarını dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.
Elşad Musayev bildirib ki, Rusiyanın parçalanması real görünmür:
“Rusiya ərazi baxımından dünyanın ən böyük ölkəsidir. Eyni zamanda, təbii ehtiyatlar baxımından dünyanın ən varlı dövlətidir. Qərb ölkələrində müzakirələr gedir ki, Avropada milyonlarla insan sıxılıb yaşayır, ancaq Rusiya ərazisi təbii sərvətlərlə doludur. Bunun ədalətli olmadığını hesab edirlər.
Rusiya ABŞ, Avropa üçün təhdiddir. Ona görə Rusiyanın parçalanması, sıradan çıxarılması, bir neçə ölkəyə bölünməsi yönündə planlar var. Çinin, ABŞ-nin öz maraqları var. Rusiya nə qədər zəifləsə də, atom silahına malik ölkədir. Ona görə də Rusiyanı qısa müddətdə parçalamaq asan məsələ deyil”.
Səxavət Məmməd
www.yenicag.az