Rusiyadakı gənclərimi Şuşanı unutmadı
Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərinin işğalının 23 illiyi ilə bağlı anım tədbiri təşkil olunub.
Tədbirə Azərbaycandan qonaq qismində dəvət olunan tarixçi alim Adgözəl Məmmədov isə tədbir təşkilatçılarına təşəkkür edərək Şuşanın işğal faktına toxunub.
Tədbirdə çıxış edən şairə Afaq Şıxlı, şairlər Vasif Məmmədov, Sultan Mərzili, tanınmış jurnalist Tünzalə Vəliqızı, tarixçi Əşrəf Hüseynli, Moskvada fəaliyyət göstərən İdrak məktəbinin müəlliməsi Səbinə Rəhimova çxış edərək Şuşa haqqında şerlər və tarixi faktlar üzrə məlumat verdilər.
Daha sonra Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev tədbirə gələn hər kəsə təşəkkür edərək qonaqları Şuşanın işğalı ilə bağlı hazırlanan filmə baxmağa dəvət etdi.
Sonda Azərbaycan və dünya ictimaiyyətinə Şuşanın işğalı faktı ilə bağlı bəyanat qəbul edildi.












