Rusiyadan idxal olunan bu məhsulda uyğunsuzluq aşkarlandı

media-hightechnic-468x90

Rusiyadan idxal olunan süd məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Yenicag.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Besting” MMC-nin Rusiyadan idxal etdiyi “Orsk Süd Məhsulları” şirkətinin istehsalı olan 1593 kq qatılaşdırılmış süd məhsulundan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində tərkibində istifadəsinə icazə verilməyən qida əlavəsi (benzoy turşusu) aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600