Rusiyalı NOBEL LAUREATI: “Mükafat pulunun bir qismini “agent” damğası vurulanlara sərf edəcəm”

media-hightechnic-468x90

2021-ci il Nobel Sülh mükafatına layiq görülən rusiyalı jurnalist Dmitri Muratov alacağı pulu necə “bölüşdürəcəyini” açıqlayıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Nobel Sülh mükafatının yeni laureatı, Rusiyada nəşr olunan “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov buna görə alacağı pulun bir hissəsini xeyriyyəçiliyə sərf edəcəyini bildirib.

Nüfuzlu mükafata layiq görülən tanınmış jurnalist bunu özünün yox, rəhbəri olduğu qəzetin uğuru kimi dəyərləndirib.

Muratov bilirib ki, alacağı mükafat pulunun müəyyən qismini ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldəcək.

O, əlavə edib ki, Rusiyada təqiblərə məruz qalan, “agent” damğası vurulan və ölkəni tərk etməyə məcbur olan insanlara da maddi yardım göstərəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600