Rusiyalı turistlər üçün ÇƏTİN SUAL: “Krım kimindir?”

media-hightechnic-468x90

Gürcüstanda rusiyalı turistlərin istirahət məkanına daxil ola bilmələri üçün “giriş vizası” tətbiq edilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdə fəaliyyət göstərən “Dedeana” barında rusiyalı turistlərin məkana girişi üçün xüsusi anket hazırlanıb.

Məlumata görə, doldurulması məcburi olan anketə dünyada yaranmış geopolitik vəziyyətlə bağlı suallar salınıb.

Həmin barda əylənmək istəyən rusiyalı turistlər anketdə qeyd olunan “Krım Ukraynaya məxsusdur”, “Abxaziya və Sxinvali regionu Gürcüstandır” kimi qeydlərə təsdiqdici cavab verməli, “Ukraynaya eşq olsun” şüarını dəstəkləyərək Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləməli və barda rusca danışmamalıdırlar.

Belə bir “giriş vizası”nın tətbiqi rusiyalı turistlərin barda özlərini “pis aparmaları” ilə əlaqələndirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600