!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanı 8,5 min milyonçu tərk etdi

!Reklam – Yazi

2022-ci ildə Rusiyanı 8500 milyonçu tərk edib.

Yenicag.az xəbər verir ki, bu barədə Britaniyanın “Henley & Partners” konsaltinq şirkəti məlumat yayıb.

Şirkətdən bildirilib ki, bu rəqəm onların proqnozlaşdırdıqlarından iki dəfə azdır, çünki hesablamalara görə, Rusiyanı 15 min milyonçu tərk etməli idi.

“Rəqəmlərin az olmasına sanksiya tədbirləri, Rusiyanın tanınmış şəxslərin ölkədən çıxmasına qoyduğu qadağa mexanizmləri təsir edib”, – məlumatda qeyd olunub.

Buna baxmayaraq, Rusiya bu göstəricidə yalnız Çinə uduzub. Çini ötən il 10.800 milyonçu tərk edib. Üçüncü yeri 7500 milyonçunun tərk etdiyi Hindistan tutub.

Ölkəni tərk edən milyonçular əsasən Avstraliya, BƏƏ və Sinqapur kimi ölkələrə üz tutur.

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv