Rusiyanın 10-dan çox şəhərində parad ləğv edildi

media-hightechnic-468x90

Rusiyanın 10-dan çox şəhərində iyunun 24-ə nəzərdə tutulmuş Qələbə paradı ləğv edilib.

Yenicag.az-ın məlumatına görə, bu qərar koronavirus pandemiyası ilə əlaqədar qəbul olunub.

Bu gün paradın ləğv edilməsini Yakutsk, Çelyabinsk və Penza şəhərləri elan edib. Bundan əvvəl Kursk, Yaroslavl, Pskov, Orenburq və digər şəhərlər eyni qərarı açıqlamışdı.

Xatırladaq ki, Böyük Vətən Müharibəsində qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi parad pandemiyaya görə mayın 9-dan iyunun 24-ə keçirilmişdi.

Hələlik, paradın Rusiyanın 28 şəhərində təşkil olunması planlaşdırılır.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600