Rusiyanın avtomobil sənayesi çökdü

media-hightechnic-468x90

Rusiyada sanksiyaların çökdürdüyü ilk sahə avtomobil sənayesi oldu.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Politoloq Şahin Cəfərlinin sözlərinə görə, Rusiyada may ayında ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 96,7% azalıb: “Dizel və benzin mühərriklərinin istehsalı 57%, yük avtomobillərinin istehsalı 39,3% aşağı düşüb. Avtomobil sənayesində birbaşa 300 min, əlaqəli sahələrlə birikdə isə 3 milyon adam çalışırdı. Sanksiyalardan əvvəl bu sahədə fəaliyyət göstərən 20 müəssisədən indi cəmi 2-si işləyir.

Məişət cihazları sahəsində – paltaryuyan maşınların istehsalında 59,2%, soyuducularda 58,1%, televizorlarda 49,7%, elektrik mühərriklərində 49,9% azalma qeydə alınıb.

Dizel lokomotivlərinin istehsalında 63,2%, yük vaqonlarında 51,8% ekskavatorlarda 60%, lift istehsalında 34,7% azalma baş verib”.

Politoloq bildirir ki, enerji qiymətlərinin yüksək olması Rusiyanı hələ ki ayaqda tutur: “Amma qiymətlərin uzun müddət bu səviyyədə qalmayacağı məlumdur. Hasilat və satışla bağlı da problemlər var.

Rusiya bu gün Müdafiə Nazirliyinin açıqlamasındakı formul əsasında – “xoşməramlı addım” kimi müharibəni dayandırıb, ordusunu işğal etdiyi Ukrayna ərazilərindən geri çəkməsə, iqtisadi kollaps qaçılmaz olacaq”./Milli.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05