Rusiyanın itkiləri yeniləndi
Ukrayna müharibənin 1154-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 943 060 hərbçi, 10 683 ədəd tank, 22 296 ədəd zirehli döyüş maşını, 26 689 ədəd artilleriya sistemi, 1 368 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 140 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 45 458 ədəd avtomobil texnikası, 33 388 ədəd PUA, 3 148 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 859 xüsusi avadanlıq itirib.