Rusiyanın Krım NARAHATLIĞI: “200 kilometr uzunluğunda müdafiə-istehkam qurğuları...” – Hərbi ekspert

media-hightechnic-468x90

“Yarımadanın Cankoy, Krasnoperekopsk və başqa istiqamətlərində 3-4 xətli müdafiə eşelonu qurulur”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın əks-hücum kampaniyası hazırlığından narahat olan Rusiyanın həyata keçirdiyi cavab tədbirlərinə toxunan siyasi texnoloq taras Berezovets deyib.

Onun sözlərinə görə, Rusiya bu çərçivədə daha çox Krım yarımadasının təhlükəsizliyindən narahatdır:

“Ona görə də Rusiya Krımda uzunluğu 200 kilometrə çatan müdafiə-istehkam qurğularının inşasını sürətləndirib. Eyni zamanda yarımadanın Cankoy, Krasnoperekopsk və başqa istiqamətlərində 3-4 xətli müdafiə eşelonu qurulur.

Rusiya dəqiq anlayır ki, Ukrayna əks-hücum kampaniyasına başlayacaq. Novofyodrovka və Qvardeyskdə yerləşən aerodromlara davamlı zərbələrin endirilməsi Rusiyanı orada saxlanılan hərbi aviasiyanı Krımdan çıxarmağa məcbur edib.

Bütün bunlar onu göstərir ki, Rusiya Krımda mümkün hərbi əməliyyatların bu ilin sonuna qədər başlayacağını gözləyir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600