!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın məşhur jurnalistləri Bakıda – Aparıcılara dərs keçəcəklər - FOTOLAR

!Reklam – Yazi

Fevralın 18-dən Rusiyanın tanınmış jurnalistləri Oleq Şommer və Mariya Qladkix Azərbaycan Televiziya və Radio Akademiyasının qonaqlarıdır.

Bunu Yenicag.az-a açıqlamasında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib:

“M.Lomonosov adına MDU-nun Ali Televiziya Məktəbinin müəllimi olan Oleq Şommer və “Rossiya-24” televiziya kanalının müxbiri və aparıcısı Mariya Qladkix Azərbaycan Televiziyasının əməkdaşları ilə iş təcrübələrini bölüşərək, jurnalist peşəsinin sirlərindən bəhs ediblər, “Televiziyada müasir reportyor işi necə olmalıdır?” və sair mövzular ətrafında maraqlı fikir mübadiləsi aparıblar. Rusiyalı həmkarların apardıqları məşğələlər fevralın 23-də başa çatacaq”.

Qeyd edək ki, Azərbaycan Teleradio Akademiyası 2010-cu ildən fəaliyyət göstərir. Bu müddət ərzində televiziyanın əməkdaşları üçün mütəmadi məşğələlər, ustad dərsləri keçirilir.

Cəvahir

www.yenicag.az

1662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv